Gözləyin onlar gəlirlər…….!

Azərbaycanda gənc nüfuz kütləsi əhalinin 34 %-ni təşkli edir. Marketing termini ilə danışsaq “Y” nəsli (Young Generation) adlandırdığmız hədəf kütlə kifayət qədər güclü bir potensiala sahibdir. Bu nəslin nümayəndələri artıq sürətlə müxtəlif qərarlar verir və cəmiyyətdə olan davranışlara kifayət qədər təsir edirlər. Çox yaxın zamanda onlar cəmiyyətdə və dövlət strukturlarında söz sahibi olacaqlar. Dövlət strukturlarının gəncləşməsi yeni siyasi kursunu nəzərə alsaq çox yaxın zamanda ölkəmizin idarəedilməsi onların üzərində olacaqdır.  Bu baxımdan “Y” nəsl bizim üçün çox önəmlidir. Gəncləri dinləmək və onları doğru anlamaq lazımdır.

Gənclərin İnkişaf və Karyera Mərkəzində təlim seminar

Məsələn Rusiyada dövlət səviyyəsində Gənc Liderlər Məktəbində yüzlərlə gənc dövlət strukturlarına hazırlanır. Məqsəd müxtəlif təsirlərdən uzaq olan, yalnız öz ölkəsinin maraqlarını üstün tutan, lakin dünyanın ən qabaqcıl idarəetmə metodlarına yiyələnmiş gənc liderlər yetişdirməkdir. İnanın bu bizim ölkəmiz üçün də çox aktualdır. Nə üçün belə layihələr bizdə həyata keçirilməsin?! Xaricdə təhsil hələ hər şey demək deyildir. Gənclərin öz ölkəsinə bağlılığı, millətini sevməsi və ona təmənnasız qulluq etməsi, məncə, daha önəmlidir. Bu baxımdan istedadlı gənclər ilə iş davamlı olmalıdır. Bəlkə də həyata keçirilən layihələr daha geniş miqyas almalıdır.

Bu yaxın günlərdə istər ADA Universitetində, istərsə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə gənclərlə tez-tez görüşürəm. Fürsətdən istifadə edərək onların bu təşəbbüslərini dəstəkləyirəm. Gənclərlə seminar və təlimlər vasitəsi ilə çoxlu söhbətlərimiz olur. Sonuncu belə seminarımızın mövzusu “Gənclərin Karyera planlamasında strateji hədəfləri”-nə həsr edilmişdi. Bu görüşlərdən bir daha əmin oluram ki, bizim, həqiqətən də güclü, sağlam, istedadlı gəncliyimiz formalaşmaqdadır. Lakin bu formalaşan gəncliyimizə dəstək verilməli, qayğı göstərilməli və istiqamət verilməlidir. Bu baxımdan mən bir fərd olaraq öz üzərimə düşən borcu yerinə yetirməyə qərar verdim. Öz bilik və bacarıqlarımı təmənnasız olaraq gənclərlə paylaşacağam. Bu yolda istənilən yeni  təşəbbüslərə isə açıq olduğumu bildirirəm.

Gənclərin İnkişaf və Karyera Mərkəzi
Gənclərin İnkişaf və Karyera Mərkəzi
ADA Universiteti tələbələri ilə görüş
ADA Universiteti tələbələri ilə görüş