Sizin 9 həkiminiz yanınızda.

Bu məqaləni oxuduqda deyəcəksiniz ki, Sanar indi də təbabətlə və ya həkimliklə məşğul olur. Əsla belə deyil. Amma hər bir insan özünün həkimi olmalıdır. Nə üçün cünki, biznes və iş mühütində artan stres halları, ağır və monoton iş qrafiki, stresdən yaranan qorxular, biznessdə uduzmaq, sərvətinin əlindən alınmaq təhlükəsi, o cümlədən insan xislətinə yad olamyan paxıllıq, qeybət  və s., bu kimi neqativ fikirlər insanın bioenergetikasını içəridən parçalamaqdadır. İndi gəlin etiraf edək biz bu fikilrdən nə zaman kənar gəzə bilirik?!!! Çox çətindir, elə deyilmi!!!? Əslində bu elə də əl çatmaz deyildir. Hər bir şey insanın öz əlindədəri. Biz necə ki, yuxarıda sadalanan mənfi enerji ilə özümüzü bu günədək yükləmişiksə bu mənfi enrjini müsbətə doğru dəyişə də bilərik.

Bu günlərdə əlimə düşən maraqlı xalq təbabəti kitabında faydalı fikirləri qısaca Sizinlə də paylaşmaq istərdim. Qenadiy Malaxov müəllifliyində yazılan kitabın adı “İnsanın təbii energetikasını bərpa etməyin yolları”-dır. Burada hər bir insanın ətrafında 9 amilin onun həyat tempinə və təbii energetikasına təsir etdiyi bildirilir. Qərbdə tanınmış təbabət doktoru Pol Qreq-ə görə insanın ətrafında olan 9 təbii amil istənilən xəstəlikləri dəf etməyə kömək edir. Deməli hər bir insanın iradəsində olan 9 həkimi hər zaman onun yanındadır. Gəlin tanış olaq:

Günəş işığı (1-ci həkim), Təmiz hava (2-ci həkim), təmiz su (3-cü həkim), təbii və düzgün qidalanma (4-cü həkim),  pəhriz, ac qalma- oruc tutma (5-ci həkim), fiziki hərəkətlər (6-ci həkim), istirahət (7-ci həkim), düzgün qamət (səkkizinci həkim), sağlam dərrakə-düşüncə (9-cu həkim).

Düzdür bu 9 həkimdən 4-ü hərdən əlçatan olmasa da onu əldə etmək bizim əlimizdədir. Təki istək olsun. Ən önəmlisi isə bizim sağlamlığımızdır. Siz də bilirsiniz ki, istənilən məqama, varidata və zənginliyə nail olmaq mümkündür, amma itirilmiş sağlamlığı bərpa etmək çox çətindir. Bunun üçün də gəlin sağlam olaq və sağlam düşünək! Növbəti məqalədə 9 həkimin 12 məsləhəti ilə də tanış olacaqsınız.