9 həkimin 12 məsləhəti

Bu məqaləmdə  çoxdan söz verdiyim  9 həkimin 12 məsləhəti ilə sizi tanış edəcəm. Düzdür sizi  bir qədər gözlətməli oldum. İndi deyəcəksiniz ki, 12 məsləhətə artıq ehtiyac qalmamışdır. Lakin məncə gözləməyinə dəyər. Çünki, mənə elə gəlir ki, məsləhət verdikdə insan ilk öncə məsləhət etdiyini öz üzərində sınaqdan keçirməlidir, müsbət təsirini gördükdə onu digərləri ilə paylaşmalıdır.  Mən də 9 həkimin 12 məsləhətinə əməl etməyi qərar verdim və artıq onun müsbət təsirlərini Sizinlə rahatlıqla paylaşa bilərəm.

1-ci məsləhət.

Çalışın gün ərzində iki dəfə soyuq su ilə duş qəbul edəsiniz. İmkan varsa bunu təbiətdə, çayda, göldə və ya şəlalənin altında edəsiniz. Lakin ev şəraitində də etmək olar. Yaxşı olar ki, səhər tezdən və axşam, yatmağa 2-3 saat qalmış duş qəbul edəsiniz. İlk öncə isti su ilə duş qəbul edin və sonra soyuq su ilə kontrast yaradın. Deyilənə görə soyuq suyun dərəcəsi +10 dərəcədən artıq olmamalıdır.

Su insanı rahatladır, gün ərzində toplanan mənfi enerjini asanlıqla bədəndən xaric edir, ən asası isə bədəndə qan dövranını yaxşılaşdırır. Təsadüfi deyildir ki, gündə 5 dəfə namaz üçün dəstəmaz almaq məhz soyuq su ilə edilməsi tövsiyyə edilir. Fikir verin ayaqlar və qollar yuyulur, başa məsh cəkilir. Bütün bu əməllərdə sirli şəfaedici bir məna vardır.

2-ci məsləhət

Duş qəbul etdikdən əvvəl və ya sonra (yaxşı olar ki sonra) təbiət qoynuna çıxın və ayaqyalın otun və ya torpağın üzərinə basaraq 1-2 dəqiqə dərindən nəfəs alaraq durun. Bu zaman sizin bioenerjiniz tam təbiətlə həmahəng olur və bədəninizdə yığılan mənfi enerji vücudunuzu tərk etmiş olur.

Təbiətdə – atmosferdə ildırım boşalmaları buna bariz nümunədir. Sənayedə isə avadanlıqların torpaqlanması hər gün gördüyümüz bir nümunə ola bilər. Çünki, insan bir orqanizimdir, o bir işlək mexanizmdir və bu səbəbdən onun da boşalmasına şərait yaradılmalıdır.

3-cü məsləhət

Alkoqoldan imtina edin və sıqaret cəkməyin. Bu haqda ətraflı yazmağa ehtiyac yoxdur. Bilirsiniz ki, bu vərdişlərin mənfi təsirləri haqda kifayət qədər məlumat vardır. Sadəcə onu deyim ki, mən hər iki vərdişdən imtina etmişəm və bununla da özümü xoşbəxt hesab edirəm.

4-cü məsləhət

Həfətə bir gün (cümə günü) oruc olmaq,  bu zaman adətən 15-18 saatlıq oruc tutulması məsləhət görülür. Orucun müsbət təsirləri isə hamıya məlumdur.

5-ci məsləhət

Bazar günləri mütləq şəhər kənarına, təbiətə çixın və təbiətdə ayaqyalın gəzişin Bu zaman pozitiv əhval ruhiyyədə olmanız şərtdir.

6-cı məsləhət

Təbiəti və ətrafdakılarınızı sevin, hörmət edin. Ətrafa tüpürməyin, ümumiyyətlə tüpürmək ədəbsizlikdir. Bu qaydaya ciddi riayət edin.

7-ci məsləhət

Hamı ilə salamlaşın və salamını alın. Xüsusən də yaşlılarla görüşün, onların səhəti ilə maraqlanın, onlara sağlam olmalarını arzılayın. Əgər sağlam olmaq istəyirsinizsə başqalarına da sağlamlıq arzulayın.

8-ci məsləhət

İmkan daxilində ətrafınızda olanlara kömək edin. Xüsusən kasıblara, xəsətələrə, incimiş insanlara, ehtiyacı olanlara kömək edin. Kömək etdikdə ürəkdən edin və bunu etməklə zövq alın. Başqasına kömək etməklə Siz özünüzə dost və cəmiyyətdə hörmət qazanmış olursunuz.

9-cu məsləhət

Paxıllıq, tənbəllik, qorxu, özündən razılıq, ikiüzlülük, yaltaqlıq kimi xüsusiyyətləri özünüzdən kənar edin. Ətrafdakılarınıza inanın və onları sevin. Onlar haqqında pis düşünməyin, ədalətsiz olmayın, və onlar haqda deyilən pis fikirləri və şayələri yaxına buraxmayın.

10-cu məsləhət

Beyninizdən xəstəlik kəlməsini və ölüm düşüncəsini silin. Ümumiyyətlə bu kəlmələri leksikonunuzdan silin.

11-ci məsləhət

Yuxarıda deyilənləri oxuduqdan sonra sadəcə əməl edin! Mən bilirəm, edərəm deməyin! Sadəcə edin!

12-ci məsləhət

Əməl edin və başqalarına da bunu tövsiyyə edin.

Gördüyünüz kimi 9 həkimin 12 məsləhətini yerinə yetirmək ilk baxışdan asan görünsə də, əslində bəzi insanalr üçün bunu etmək çox çətindir.     

Əgər fikir versəniz görərsiniz ki, bütün deyilən məsləhətlər bizim İslam dinimizdə olan qaydalara necə də yaxındır. Əgər belədirsə onda nə üçün buna əməl etməyək!