Gənclərimizin öyrənmək eşqi

Artıq neçə müddətdir ki, müşahidə etdiyim bir müsbət trendi paylaşmaq istərdim. Bu gənclərimizdə elmə və biliklərə getdikcə artan maraqdır. Fərəhlə deyə bilərəm ki, bu tendensiya Azərbaycan gənclərinin çox doğru bir yol ilə getdiyini göstərir. Mən heç də rəsmi televizya kanallarında və ya boğazdan yüksək deyilən sözlərin təsiri altında bu sözləri demirəm. Həqiqətən də mən son zamanlar gənclərimizin öz taleyini və gələcəyini öz əllərinə almaq bacarığının şahidi olduğunu və bunun üçün də mücadilə etmək istəyini görürəm. Xüsusən pandemiya günlərində bir çox gəncin öz zamanını necə səmərə ilə istifadə etdiyinin şahidi oldum. Bu onların yüzlərlə online seminarlara və təlimlərə olan artan marağında öz əksini tapmışdır.  Bu istəyin qabağını isə almaq mümkün deyildir.

Bir fakt da diqqətimi cəlb etmişdir. Gənclər arasında TV verilişlərə baxmaq alışqanlıqları getdikcə azalmağa meyillidir. Bunun səbəblərini analiz etdikdə görürsən ki, gəncləri standart və bayağı TV verilişləri artıq maraqlandırmır. Onlar daha çox öz gündəlyini və maraq dairəsini formalaşdıran kontent ilə maraqlanırlar. Bunu isə TV kanallarda görmədikdə gənclər asanlıqla Digital Media kanallarına yönəlirlər. Azərbaycan dilində kontentin kasad olması isə başqa bir problemdir. Bunun yerini türk, rus və ingilsi dilində olan mənbələr tutsa da, bu sahədə gənclərimiz üçün yeni imkanlar yaranmışdır. Bu imkanları başqa bir yazımda daha dərindən müzakirə etməyi düşünürəm.

Gənclərə isə tövsiyyəm budur ki, daha çox biliklərə yiyələnsinlər. Çox oxuyub, çox şeyi təcrübədən keçirsinlər, səbirli olsunlar və əziyyətə qatlanmaqdan heç zaman vaz keçməsinlər. Bax onda uğur özü sizin ardınızca gələcəkdir.