Cəmiyyətimizdə uçuruma gedən dəyişiklikləri sezməmək olmur. Getdikcə bu öz əksini insanların bir-birinə olan münasibətlərində tapır. Deyəsən biz getdikcə qəddarlaşırıq, mədəniyyətimizi və tərbiyyəmizi itiririk. Deyəsən bizim bəzi ağsaqqalların da saqqalları tez ağarmağa başlamışdır və ya süni surətdə ağardilmışdır. Nədənsə maddi varlıqların bizim üçün həyatımızda hər şey olduğunu və bunun üçün hər bir şeyimizi qurban verməyə hazır olduğumuzu daha çox biruzə verməyə çalışırıq. Axi biz çoxdandır maddi varlıqlara, dolayısı yolla büdlərə sitayişdən əl çəkmişik. Bəs mənəvi dəyərlərimiz və ya atalarımızdan qalan zəngin mədəniyyətimiz, islami dəyərlərimiz necə olsun. Necə olsun ki, oğul atanı pul üstündə (budləşdrilmiş maddi varlıq) öldürür və buna görə də heç bir mənəvi əzab hissi keçirmir. Necə olsun ki, biz iş yerində adi karyera irəliləyişi üçün öz həmkarımizi və ya iş yoldaşımızı tapdalamağa, onun üstündən keçməyə hazırıq.  Ya da biz dostluğa artıq maddi gəlir mənbəyi kimi baxırıq, lazım gələndə dostu satmaq və aldatmaq olar. Nədənsə biz xoş münasibət və düzgün rəftar gördükdə çaşırıq, qarşımızdakını dəli və ya sadəlövh hesab edərək onun bu xoş niyyətindən faydalanmaq və  ya onu aldatmaq istəyirik. Bütün bu nədənlərə cavab tapa bilmirəm.  Yox deyəsən biz irəli deyil, geriyə saymağa başlamışıq