İNSANI TANIMA TEXNIKALARI VƏ BƏDƏN DİLİ TƏLİMİ
Şirin dil ilanı yuvasından da çıxarar!
Təlim kursunun məqsədi fərdi və korporativ səviyyədə effektiv kommunikasiya vərdişlərinə yiyələnməkdir. Təlim zamanı menecmentin üst səviyyəsindən tutmuş kiçik rəhbərlərə qədər müdiriyyətin öz işçilərini düzgün tanıması və onun ünsiyyət dilinə uyğun rəftar etməsini öyrətmək, eyni zamanda işçilərin də rəhbər heyyət ilə necə düzgün münasibət qurmaları bacarıqlarını artırmaqdır. Təlimin məqsədinə eyni zamanda professional iş münasibətlərində ünisyyət bacarıqlarını artırmaq və inkişaf etdirmək də daxildir.
Təlimin sonunda siz, istər fərdi qaydada istərsə də korporativ səviyyədə, əməkdaşların şirkət daxilində vəzifələrinə və tabeçilik prinsipinə (subordinasiya) uyğun olaraq necə düzgün ünsiyyət qurma bacarığını, şirkətin şöbələri və departamentləri arasında məlumatın düzgün ötürülməsi və qəbul edilməsi bacarıqlarını inkişaf etdirməyi öyərnəcəksiniz. Təlim zamanı düzgün dilin secılməsi, insanı tanıma, bədən dilindən aktiv istifadə etmə və çətin və münaqışəli situasiyalarda düzgün kommunikasiyanın qurulması metodları praktik nümunələr ilə izah ediləcəkdir.
Daha ətraflı məlumat almaq istəyirəm.
Sosial şəbəkə hesablarım